Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Behçet xəstəliyi

Behçet xəstəliyi

Tarix: 31 Iyul 2022 07:03

Bu xəstəlik Türk həkimi Hulusi Behçet tərəfindən 1937 ildə tibb elminə daxil edilmişdir. Xəstəlik özünü ağızda, cinsi orqanlarda, dəridə əmələ gələn, tez-tez təkrarlanan yaralarla və gözlərdə damarların, sinirlərin tutulmasıyla özünü biruzə verir. Behçet xəstəliyi nadir hallarda rast gəlinən və imun sistemin zəifliyi ilə əlaqədar olan bir xəstəlikdir. Behçet xəstəliyi bir çox orqanları zədələyə bilir. Xəstəlik kəskin və xroniki olmaqla 2 növə ayrılır. Behçet xəstəliyinə ən çox 30-40 yaşı olan adamlarda rast gəlinir. Xəstəliyə ən çox Asiya qitəsinin ölkələrində rast gəlinir. Xəstəlik əmələ gətirdyi iltihabi yaralarla və gözdə əmələ gələn pozğunluqlarla meydana çıxır. Əksər hallarda korluq meydana çıxır. Behçet xəstəliyi orqanizmlərdə ağırlaşmalara səbəb ola bilir. Bu ağırlaşmalara iflic, şəxsiyyət pozğunluqları və meningit aiddir.

Behçet xəstəliyinin meydana gətirdiyi ağırlaşmalardan biri də damarların iltihablaşmasıdır. Xəstəlik vaxtında və düzgün müalicə edilmədikdə damarlarda ölümə səbəb ola bilən anevrizmalar meydana çıxa bilir. Behçet xəstəliyinə diaqnoz qoymaq üçün konkret müayinə vasitələri yoxdur.
Behçet xəstəliyi müalicəyə çətin tabe olan xəstəlikdir. Müalicəsi tam mümkün olmasa da xəstənin nəzarət altında qalması və daima həkimlə əlaqəli olması lazımdır.


Etiketlər:  Behçet xəstəliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ