Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rəqibim erməni olsaydı, onu ''yeyərdim''

''Rəqibim erməni olsaydı, onu ''yeyərdim''

Tarix: 31 Iyul 2022 16:12

"Azərbaycan və Türkiyə bayraqlarını bütün dünyada dalğalandırmaq istəyirəm. Hər ikisi mənim bayrağımdır".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın peşəkar kikboksçusu Toğrul Məmmədov Türkiyənin Kacaeli şəhərində keçirilmiş türk ölkələrinin beynəlxalq turnirində qızıl medal qazanması barədə danışarkən deyib.

"Bozqurd" ləqəbli idmançı növbəti hədəfinin dünya çempionluğu olduğunu bildirib: "Məni sevən, dəstəkləyən, üstümdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. "Bozqurd" artıq rinqdədir. Qələbələrimi davam etdirib, dünya çempionu olmaq istəyirəm".

10 yaşından kikboksla məşğul olduğunu söyləyən Məmmədov bu idman növünü çox sevdiyini vurğulayıb: "Əvvəlcə dostlarım məşğul olmağa başladı. Sonra mənim də diqqətimi çəkdi. 1-2 dəfə məşqə getdikdən sonra tamamilə kikboksla məşğul olmağa başladım. Ailəm də məni dəstəkləyir. Azərbaycanda bu idmanı sevən insanlar çoxdur. Hazırda ölkəmizdə V İslam Həmrəyliyi Oyunlarına hazırlıq gedir. Orada iştirak edəcək yoldaşlarıma uğurlar arzulayıram".

O, Ermənistan təmsilçisi ilə qarşılaşmaq istədiyini əlavə edib: "Rəqibim erməni olsaydı, onu "yeyərdim". Belə bir döyüş təşkil edilsə, əla olar. Qarabağdakı qələbəni mən də rinqdə erməni üzərində qazanmaq istərdim".


Etiketlər:  Rəqibim erməni olsaydı yeyərdim


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR