Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Narkotik qadınlarda daha ağır asılılıq formaları yaradır”

''Narkotik qadınlarda daha ağır asılılıq formaları yaradır”

Tarix: 31 Iyul 2022 16:57

"Narkotik qəbul edən kişilərin sayı artdığı kimi, qadınların da sayında artımlar var. Lakin statistik göstəricilərə nəzər salsaq, görərik ki, qadınların sayı kişilərdən dəfələrlə azdır".

Bu sözləri oxu.az-a narkotik vasitələrin təbliği ilə bağlı danışarkən narkoloq Zamin Əliyev deyib.

Xatırladaq ki, son zamanlar həm narkotikdən istifadə edən, həm də narkotiki sosial şəbəkələrdə təbliğ edənlərin sayı artıb. Artıq qadınlar da narkotik vasitələrdən yan keçə bilmirlər.

Maraqlıdır, narkotik vasitələrdən istifadə qadınlar üçün hansı fəsadlar doğurur? Bu bəladan necə xilas ola bilərik?

Narkoloqun sözlərinə görə, narkotik vasitələr qadın və kişilərdə eyni cür narahatlığa səbəb olur:

"Narkotik maddələr kişilərlə yanaşı, qadınlar arasında da geniş yayılıb. Bunlar hər bir şəxsin orqanizmi üçün ziyanlıdır. Qadın və ya kişi olmasının fərqi yoxdur. Narkotik maddələr toksiki təsir göstərir. Beyində mübadiləni pozur, problemlər yaradır. Psixi pozuntulara yol açır. Bütün orqan və toxumaların fəaliyyətini korlayır".

Z.Əliyevin sözlərinə görə, psixotrop maddələr qadınlarda daha ağır asılılıq formaları yaradır:

"Bir qrup qadınlar emosional tip olduqlarından məhz xarakter xüsusiyyətlərinə görə daha ağır asılılıq formaları yaradır. Onlar tutmaları kişilərdən daha ağır keçirirlər. Milli-mental dəyərlərimizə görə qadınlar arasında tütün qəbul edənlərə də çox az rast gəlinir. Qadınların hər hansı psixiatrik maddə qəbul etmələri mental dəyərlərimizə uyğun olmayan bir haldır. Aydındır ki, qadın anadır. Dəyərli insan qrupuna aid olan şəxsdir. Qadınlar kişilərdən də vacib bir qrupdur. Ona görə onlar sadə, gözəl olmalıdırlar. Narkotik maddə qəbul edənlər gələcəyə sağlam övladlar yetişdirə bilməzlər".

Psixoloq Fərqanə Mehmanqızı isə qeyd edib ki, cəmiyyətdə özünü təsdiq edə bilməyən insanlar belə aludəliklərə daha çox meyilli olurlar:

"Narkotikin ümumi psixoloji təsirləri var. Psixologiyası həssas olan insanlara daha çox təsir edir. Bu alışqanlıqları cinsiyyətə ayırmaq düzgün deyil. Çox təəssüf ki, qadınlarda sosial şəbəkələr sayəsində daha çox bilinir. Narkotik, alkoqolizm, psixotrop dərmanlara alışqanlığın yayılmasında sosial şəbəkənin rolu var. Təbliğata, təlqinə meyilli insanlara bu daha çox təsir edir. Sosial şəbəkələrdə özünü fərqli, sərbəst göstərmək üçün bunu edirlər".


Etiketlər:  Narkotik qadınlarda daha ağır asılılıq formaları yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ