Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mənim üçün dua edin” - Toppuş bacı

“Mənim üçün dua edin” - Toppuş bacı

Tarix: 1 Avqust 2022 16:20

"Bu gün çox ağır "kimya" alacağam, sadəcə olaraq dua edin".

Sonxeber.net azxəbər-ə istinadla xəbər verir ki, bu sözləri xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva "Tiktok"da canlı yayımda deyib.

"Toppuş bacı" qeyd edib ki, kimyaterapiya müalicəsi davam edir.

"Onkologiyadayam. Kimyaterapiya alıram, nə qədər davam edəcək, bilmirəm. Birincini almışam, ikinci gedib. Bu gün çox ağır "ximya" alacağam, sadəcə olaraq dua edin. Bizim kimi xəstələr həssas olur. Mən həmişə maskada gəzirəm". 

"Mən allahdan narazı olmadım. Nə verdisə, şükür etdim. Mən yenə də güləcəyəm. Yaxşı olacaq. Allahdan ümid üzülməz", - deyə aktrisa bildirib.


Etiketlər:  Mənim üçün edin Toppuş bacı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ