Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2022 21:44
Xarkov istiqamətində ruslar Xarkov, Prudyanka, Novoqo rayonları və on dörd yaşayış məntəqəsini artilleriya atəşinə tutub. Kəşfiyyat qrupu Ukrayna qüvvələrinin atəş mövqelərini ifşa etməyə çalışsa da, heç bir nəticə əldə etməyərək geri çəkilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, Severski istiqamətində ruslar Çerniqov vilayətinin Senkovka, Lipkovka, Sum vilayətinin Starıy Quta, Pavlovka, Pokrovka və Belopolya rayonlarındakı mülki infrastruktur obyektlərini top və raket artilleriyasından atəşə tutub.