Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əl-Qaidə''nin rəhbəri məhv edildi

''Əl-Qaidə''nin rəhbəri məhv edildi

Tarix: 2 Avqust 2022 07:26

Əfqanıstanda antiterror əməliyyatı nəticəsində ABŞ "Əl-Qaidə"nin liderlərindən biri Ayman Əl-Zəvahirini məhv edib.

Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra Əl-Qaidəyə rəhbərlik edib.

Əməliyyat zamanı mülki əhali arasında ölən olmayıb.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, prezident Co Bayden antiterror əməliyyatı ilə bağlı müraciət etmək niyyətindədir.

71 yaşlı Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra terror təşkilatına rəhbərlik edirdi.

Milli.Az


Etiketlər:  Qaidənin rəhbəri məhv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ