Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2022 18:20
"Anam Qumru xanım irəvanlı qızıdır. Dərələyəzdə doğulub, atam isə Göyçə mahalında. Hər ikisi vətən aşiqi, sevdalısıdır. Atam bu dünyanı Qarabag sevincini yaşamadan dəyişdi"
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Müğənni anasının göz əməliyyatı olduğunu bildirib: "Anam isə hazırda Gəncədə göz əməliyyatı keirir. Deyir ki, doğulduğum yerləri görmək istiyirəm. Nəhayət ki, uzun müddətdən sonra razılığa gəldi ki, gözlərinin mirvari suyunu duruluğa çıxartsın. Deyir, əgər gözüm yaxşı görsə, sonra gəl, səni də bu həkim əməliyyat etsin.
Çox ürəklidir mənim anam. Neçə vaxtdır gözlərimdə, dişimdə proplem var, qorxumdan gedib onu aradan qaldırmıram. Əsl müsəlman məsələsi. Yaqin gözləyirəm xərəkdə aparsınlar. İnşallah ki,elə olmaz. Anama isə göz əməliyyatında uğurlar arzu edirəm. Allah anaları qorusun".
O, daha sonra əməliyyatın uğurlu keçdiyini bildirib.