Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2022 07:26
Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, məlumatdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, partlayış ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.
Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Baş vermiş hadisə ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.