Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2022 08:50
Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümünə start veriləcək.
Sonxeber.net "Report"a istinadən bildirir ki, turnir III təsnifat mərhələsininin ilk oyunları ilə başlayacaq. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutacaq.
Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə baş tutacaq. "Fənərbağça" evdə Çexiyanın "Slovaçko" komandasını sınağa çəkəcək. Oyu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
"Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubunun Avropa Liqasındakı potensial rəqibləri olan İrlandiyanın "Şemrok Rovers" və Şimali Makedoniyanın "Şkupi" klubları Dublində üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
4 avqust
20:00. AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya)
21:00. "Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq)
21:00. "Fənərbağça" (Türkiyə) - "Slovaçko" (Çexiya)
22:15. "Maribor" (Sloveniya) - HİK (Helsinki, Finlandiya)
22:45. "Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə)
23:00. "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya)
23:00. "Olimpiakos" (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya)
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.