Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi”nin potensial rəqiblərindən heç-heçə

“Neftçi”nin potensial rəqiblərindən heç-heçə

Tarix: 5 Avqust 2022 07:36

Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə 28 qarşılaşma baş tutub.

Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə 28 qarşılaşma baş tutub.
 
Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi "Neftçi" də növbəti matçına çıxıb. "Ağ-qaralar" Bakıda Avstriyanın "Rapid" (Vyana) komandası ilə üz-üzə gəlib və 2:1 hesabı ilə qalib gəlib.
 
Bu komandaların pley-offdakı potensial rəqibləri olan Lixtenşteynin "Vaduts" və Türkiyənin "Konyaspor" klubları isə ilk oyunda qalibi müəyyənləşdirə bilməyiblər. Vaduts şəhərindəki "Reynpark" stadionunda oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
 
Türkiyənin bu turnirdəki digər təmsilçisi "Başakşəhər" də İslandiyada "Breydablik"lə qarşılaşıb və inamlı qələbəyə sevinib.
 
Bu mərhələnin cavab oyunları avqustun 11-də keçiriləcək.
 
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
3 avqust
 
Riqa (Latviya) - Jil Visente (Portuqaliya) 1:1
Viborq (Danimarka) - B36 Torshavn (Farer adaları) 3:0
Volfsberger (Avstriya) - Qzira Yunayted ((Malta) 0:0
Dunayska Streda (Slovakiya) - Styaua (Rumıniya) 0:1
 
4 avqust
 
KuPS (Finlandiya) - Yanq Boyz (İsveçrə) 0:2
RFS (Latviya) - Hibernians (Malta) 1:1
Spartak (Trnava, Slovakiya) - Rakuv (Polşa) 0:2
Payde (Estoniya) - Anderlext (Belçika) 0:2
AİK (İsveç) - Şkendiya (Şimali Makedoniya) 1:1
APOEL (Kipr) - Kızıljar (Qazaxıstan) 1:0
ÇSKA (Sofiya, Bolqarıstan) - Sent Patriks (İrlandiya) 0:1
Lilleström (Norveç) - Antverpen (Belçika) 1:3
Makkabi (Təl-Əviv, İsrail) - Aris (Yunanıstan) 2:0
Molde (Norveç) - Kişvarda (Macarıstan) 3:0
Neftçi (Azərbaycan) - Rapid (Avstriya) 2:1
Şaxtyor (Soliqorsk) - ÇFR Kluj (Rumıniya) 0:0
Slaviya (Praqa, Çexiya) - Panatinaikos (Yunanıstan) 2:0
Vikinq (Norveç) - Slayqo Rovers (İrlanidya) 5:1
Zarya (Ukrayna) - Universitatya (Krayova, Rumıniya) 1:0
Hamrun Spartans (Malta) - Levski (Bolqarıstan) 0:1
Çukariçki (Serbiya) - Tvente (Niderland) 1:3
Ballkani (Kosovo) - Klaksvik (Farer adaları) 3:2
Luqano (İsveçrə) - Hapoel (Beer-Şeva, İsrail) 0:2
Sepsi (Rumıniya) - Yurqarden (İsveç) 1:3
Vaduts (Lixtenşteyn) - Konyaspor (Türkiyə) 1:1
Brondbü (Danimarka) - Bazel (İsveçrə) 1:0
Breydablik (İslandiya) - Başakşəhər (Türkiyə) 1:3
Vikinqur (İslandiya) - Lex (Polşa) 1:0
Fehervar (Macarıstan) - Petrokub (Moldova) 5:0
Dandi Yunayted (Şotlandiya) - Alkmaar (Niderland) 1:0
Hayduk (Xorvatiya) - Vitoriya (Portuqaliya) 3:1
Zrinski (Bosniya və Herseqovina) - Tobol (Qazaxıstan) 1:0


Etiketlər:  Neftçinin potensial rəqiblərindən heç heçə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ