Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2022 10:50
Cənubi Koreyanın İnçhon şəhərində xəstəxanada baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 37 nəfər yaralanıb.
Bu barədə report Cənubi Koreyanın "Renhap" nəşrinə istinadən xəbər verir.
Yanğın dördmərtəbəli xəstəxananın sonuncu mərtəbəsində baş verib. Hadisə zamanı binada 46 nəfər olub, 3 pasiyent və 1 tibb bacısı daxil olmaqla, 5 nəfər ölüb.
Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.