Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin-Ərdoğan görüşü 4 saat davam edib, Qarabağ müzakirə olunub

Putin-Ərdoğan görüşü 4 saat davam edib, Qarabağ müzakirə olunub

Tarix: 5 Avqust 2022 21:10

21:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Validimir Putinlə görüşü başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bakıda avtobusların hərəkətində 20 dəqiqəyə yaxın gecikmə müşahidə olunur
Qeyd olunub ki, görüş 4 saat davam edib.

---------

17:34

Milli.Az bildirir ki, danışıqlarda Suriya və Ukrayna ilə yanaşı, Qarabağ məsələsi də müzakirə olunur.

--------

16:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə bir günlük işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü başlayıb.

Bu barədə "Anadolu" məlumat yayıb.

-------

14:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya yola düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

"Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Rusiyanın Soçi şəhərinə yola düşüb", - məlumatda qeyd olunub.

Milli.Az


Etiketlər:  Putin Ərdoğan görüşü 4 saat davam edib Qarabağ müzakirə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ