Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı

Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı

Tarix: 6 Avqust 2022 11:02

Bolqarıstan yaranmış fövqəladə vəziyyətlə əlaqədar Rusiya vətəndaşları üçün turist vizası və əmlak sahibləri üçün viza verilməsini müvəqqəti olaraq dayandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

"İşçi çatışmazlığı səbəbindən Rusiyanın Bolqarıstandakı səfirliyinin konsulluq xidməti və Varnadakı Baş Konsulluğu işini qismən dayandırıb. Həmçinin Rusedəki Baş Konsulluğu fəaliyyətini dayandırıb. Bolqarıstanın Yekaterinburqdakı Baş Konsulluğu müvəqqəti bağlanıb", - deyə məlumatda bildirilir.

Eyni zamanda, Moskva, Yekaterinburq və Sankt-Peterburqdakı Bolqarıstanın viza mərkəzləri (o cümlədən regional viza mərkəzləri) "texniki səbəblərə görə" martın 25-dən etibarən konsulluq rüsumu ödənilməklə rusların müraciətlərini qəbul etmir.

Qeyd edək ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyi Bolqarıstanın 14 diplomatını ölkədən çıxarmaq barədə qərar verib.

Milli.Az


Etiketlər:  Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ