Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2022 21:48
Əgər insanın qaraciyəri çox yüklənib və yaxşı işləmirsə, o insanda enerji çatmamazlığı, halsızlıq, başgicəllənmə, ürəkbulanma, sağ qabırğaaltında ağrı, həzm problemi, dəri səpkiləri və s. ilə özünü büruzə verir.
Sonxeber.net medicina.az-a istinadən yüklənmiş qaraciyəri təmizləyib, işini bərpa edəcək asan resepti təqdim edir.
Bunun üçün lazımdır:
Təzə nanə - 1 ovuc
Limon suyu - 1ədəd
Portağal -1 ədəd
Su -1 litr
Təmiz bal - 30 qr
Su qızdırılır, bura yuyulmuş nanə əlavə olunub, zəif odda 7 dəqiqə hazırlanır.
Oddan götürülüb, soyudulur. Sonra bura bir limon və portağalın suyu sıxılır, bal qatılıb qarışdırılır. 1 saat saxlanılıb, süzülür. Şüşə bankada saxlanılır.
Gündə 1 stəkan içmək kifayətdir.