Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada Rusiyanın daha bir zabiti zərərsizləşdirilib

Ukraynada Rusiyanın daha bir zabiti zərərsizləşdirilib

Tarix: 8 Avqust 2022 13:46

Ukraynada Rusiya Silahlı Qüvvələri 90-cı tank diviziyasının hərbçisi, polkovnik-leytenant Vitali Tsikul zərərsizləşdirilib.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti, polkovnik Anatoli Ştefan tviter səhifəsndə yazıb.

Bildirilib ki, Vitali Tsikul Ukraynada zərərsizləşdirillən Rusiyanın 200-cü zabitidir.

Məlumata görə, bu tank diviziyası Rusiyanın Sverdlovsk və Çelyabinsk vilayələrində yerləşir. 2021-ci ildən diviziyanın komandiri polkovnik Ramil İbatulindir.

Qeyd edək ki, Ukraynada Rusiya Silahlı Qüvvələrinin 10 generalı zərərsizləşdirilib. Avqustun 8-nə olan məlumata əsasən, müharibədə Rusiya Silahlı Qüvvələrinin 42 340 hərbçisi ölüb.


Etiketlər:  Ukraynada Rusiyanın daha zabiti zərərsizləşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ