Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2022 07:54
Bu səhər yeməyi sizin ayda 5 kq arıqlamağınıza və orqanizminizin yığılıb qalmış toksinlərdən xilas olmağınıza səbəb olacaq.
Biz günümüzə səhər yeməyi ilə başlayırıq. Səhər yeməyinin yaxşı olmağı bizim günümüzün necə keçəcəyini bəlli edir. Sağlam və bol vitaminli səhər yeməyi bizim gün ərzində enerjili olmağımıza səbəb olur.
Mütəxəssislər insaların sağlamlığına səhər yeməyinin böyük rol oynağını qeyd edirlər. Vitamin və minerallarla zəngin səhər yeməyi isə orqanizmdə maddələr mübadiləsinin normal getməsinə və orqanizmin sağlamlığına səbəb olur.
Dietoloqlar isə orqanizmdən yığılıb qalmış toksinləri xaric edən və bağırsaqlardan asanlıqla xaric olan səhər yeməyini məsləhət bilirlər. Bu reseptlə hazırlanmış səhər yeməyi qəbizliyi a radan qaldırır və ay ərzində 3-5 kq arıqlamağa səbəb olur.
Dietoloqlar istənilən nəticəni əldə etmək üçün bu səhər yeməyini ən azı bir ay qəbul etməyi məsləhət bilir. Bu yeməyin ən azı bir ay yeyilməsi sizin orqanizminizi yığılıb qalmış toksinlərdən azad etməklə saçlarınızın və dırnaqlarınızın sağlamlığını bərpa edəcək və dərinizi cavanlaşdıracaq.
Yeməyin hazırlanması:
* yulaf - 2 xörək qaşığı
* yağsız qatıq - 1 fincan
* kakao tozu - 1 çay qaşığı
* üyüdülmüş kətan toxumu - 1 çay qaşığı
* quru gavalı - 5-7 ədəd
Hazırlanması:
1. Yeməyin hazırlanmasına axşamdan başlamaq
2. Gavalının üzərinə 100 qram qaynar su tökülür və 10 dəqiqə saxlanılır.
3. Digər qabda yulaf, kakao və kətan toxumu qarışdırılır.
4. Qarışıma yağsız qatıq əlavə edilir.
5. Sonra yumşalmış gavalı doğranır və qarışıma qatılır.
6. Qarışım blenderdə üyüdülür.
7. Hazırlanmış məhsul soyuducunun dondurma gözündə saxlanılır.
Qarışın hər axşam hazırlanır, soyuducuda saxlanılır və səhər donu açıldıqdan sonra otaq temperaturunda qəbul edilir.