Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2022 08:28
Bakının Binəqədi rayonunda piyadalar sürücünü döyüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsi ərazisində baş verib.
1994-cü il təvəllüdlü Quluzadə Elgün Əvəz oğlu və atası, 1968-ci il təvəllüdlü Əvəz Quluzadə yolun piyadalar üçün müəyyən edilmiş hissəsindən keçərkən onları avtomobil vurub. Xəsarət alan şəxslər avtomobil sürücüsü ilə əlbəyaxa dava ediblər. Piyadaların hər ikisi müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.