Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zabuxda işğaldan sonra qanunsuz məskunlaşma aparılıb'' - Prezidentin köməkçisi

''Zabuxda işğaldan sonra qanunsuz məskunlaşma aparılıb'' - Prezidentin köməkçisi

Tarix: 9 Avqust 2022 15:42

Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev "Twitter" hesabındakı paylaşımında qeyd edib.

Hikmət Hacıyev "The Times" nəşrinin işğalla bağlı reportajını da paylaşıb.

"Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin "The Times" reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır", - Prezidentin köməkçisi vurğulayıb.


Etiketlər:  Zabuxda işğaldan sonra qanunsuz məskunlaşma aparılıb Prezidentin köməkçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ