Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2022 16:02
Saatlı rayonunun Qaranuru kəndində yaranan su çatışmazlığı sakinləri çoxsaylı problemlərlə üz-üzə qoyub. Hətta vəziyyət o yerə çatıb ki, nəinki suvarma suyu, içməli su sarıdan da sakinlər əziyyət çəkir. Əlacsız qalan sakinlər çıxış yolu kimi suvarmada kollektorlarda olan duzlu sudan istifadə etməli olurlar.
Quruyan su kanalları və susuz qalan əkin sahələri. Kadrlar Saatlı rayonunun 10 min nəfərə yaxın əhalinin yaşadığı Qaranuru kəndindəndir.
Vəziyyət artıq kritik hala gəlib. Sakinlər suvarmada şor sudan istifadə edir. Yaranan problem isə sakinləri ciddi narahat edir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, kənd sakinləri qey edir ki, bir neçə ay olar ki, kəndə gələn əsas suvarma kanalı tamamilə quruduğundan onlar əkin sahələrini və həyətyanı sahələri suvara bilmirlər. Bununda nəticəsində əkdikləri məhsulu götürmədən həmən sahələr susuzluqdan məhv olub. Məcbur qalıb şor suyu sahələrə ötürürlər.
Su qıtlığı nəinki sahələrdə olan kanallarda hətta kəndlərə gələn ana suvarma kanallarında da var. Kənd sakinləri, qeyd edirlər ki, artıq əkdikləri məhsul məhv olmaq üzrədir. Çünkü sahələr vaxtında sulanmayıb
Məsələ ilə bağlı kənd icra nümayəndəsi Həmid Qasımov "XəzərXəbər"ə bildirib ki, kəndi əsasən suvarma və içməli su ilə təmin edən Əzizli kanalıdır ki, hazırda həmin kanalda suyun səviyyəsi minimum həddə düşdüyündən Qaranuru kəndinin su ilə təmin olunmasında problemlər ortaya çıxıb. Saatlı Suvarma Sistemləri İdarəsindən isə bildirilib ki, mövcud vəziyyətinin əsas səbəbləri rayona daxil olan suyun azlığı və bugünlərdə suvarmaya olan tələbatın maksimum səviyyədə olmasıdır. Hazırda Əzizli kanalına daxil olan su digər yuxarı kəndlərdə bölüşdürüdüyü üçün Qaranuru kəndinə suyun verilməsində çətinlik müşahidə olunur. Və o kəndlərdə suvarma suyu yekunlaşan kimi Qaranuru kəndinə suyun verilməsi bərpa olunacaq deyə bildirilib.