Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2022 08:46
ABŞ SEPAH üzvünü Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun qətlini təşkil etməyə cəhddə qiyabi ittiham edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, İran vətəndaşı və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü, 45 yaşlı Şəhram Pursafi 2021-ci ilin oktyabr ayından Boltona sui-qəsd təşkil etməyə cəhddə ittiham olunur. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, məqsəd ehtimal ki, 2020-ci ilin yanvarında SEPAH komandirlərindən birinin ölümünə görə qisas almaq olub. Boltonun aradan qaldırılması üçün Pursafi sifarişi yerinə yetirəcək şəxsə 250 min dollar təklif edib, sonra məbləği 300 min dollara çatdırmağa razılaşıb.
Pursafi daha sonra Boltonun yaşadığı yeri axtarıb və muzdlu qatildən onun ölümünün video təsdiqini tələb edib. Pursafinin təqsiri sübut edilərsə, onu 25 ilə qədər həbs və yarım milyon dollara qədər cərimə gözləyir. Təqsirləndirilən şəxs hazırda xaricdə azadlıqdadır.