Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BioNTech yeni kovid peyvəndinin sınaqlarına başlayır

BioNTech yeni kovid peyvəndinin  sınaqlarına başlayır

Tarix: 11 Avqust 2022 23:27

Almaniyada türkiyəli professorlar Özlem Türeci və Uğur Şahinin qurucusu olduqları "BioNTech" şirkəti yeni variantlara qarşı növbəti peyvəndlərin anonsunu verib.

"Financial Times"da çıxan xəbərə görə, şirkət "uzunmüddətli və əhatəli qorunma" təmin etmək üçün hazırlanmış koronavirus peyvəndinin hazırkı versiyasının klinik sınaqlarına başlayacağını açıqlayıb. Testlərin bu ay başlaması gözlənilir.

Sözügedən peyvəndin "Omikron"un BA.4 və BA.5 kimi yeni variantlarına qarşı hazırlandığı vurğulanıb.

Eyni açıqlamada peyvəndin bu il satışa çıxarılmasının gözlənildiyi də bildirilib. Britaniya qəzeti yazıb ki, şirkət lazımi razılıqları alarsa, peyvəndin paylanması oktyabrda başlaya bilər.

Milli.Az


Etiketlər:  BioNTech yeni kovid peyvəndinin sınaqlarına başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ