Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2019 17:09
Bakı. Eldar Canaşvili - Trend:
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında Anlaşma Memorandumu imzalanıb.
Trend-in məlumatına görə, memorandum bank müştəriləri arasında təlim və maarifləndirmə işlərinin həyata keçirilməsi, elektron ticarətin inkişafı məqsədilə müvafiq bank məhsullarının yaradılması, birgə marketinq tədqiqatlarının aparılması, sahibkarlar arasında nağdsız ödənişlərin təşviqi məqsədilə müştərək layihələrin icrası kimi məsələlər üzrə birgə fəaliyyəti nəzərdə tutur.
İmzalanma mərasimindən sonra maliyyə resurslarının yerli startaplar üçün əlçatanlıq səviyyəsi, bu sahədə mövcud olan problemlər, beynəlxalq bazarlara çıxış, startaplar üçün vergi sistemi, startaplarla investorların görüşü, yerli investorların startaplara investisiya qoyuluşuna təşviqi kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin