Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayin üçün uşağı öldürən keşiş ölüm cəzasına məhkum edildi

Ayin üçün uşağı öldürən keşiş ölüm cəzasına məhkum edildi

Tarix: 12 Avqust 2022 20:26

Nigeriya məhkəməsi yeddi yaşlı Kazım Rafiunu ayin yerinə yetirmək üçün öldürdüyünə görə keşiş və onun şərikini ölüm cəzasına məhkum edib.

Milli.Az bildirir ki, bu barədə "Vanguard" xəbər verir.

Hadisə İkorodu şəhərində baş verib. Təqsirləndirilən şəxslər uşağın başını kəsərək kilsənin qurbangahının altına basdırmaqda və cəsədi kanala atmaqda şübhəli biliniblər. Onlar qətldə və qətl törətmək üçün sui-qəsddə ittiham olunublar.

Pastor Erminole Adetokunmpo və Adedoyina Oyekanmi əvvəlcə günahlarını etiraf etməkdən imtina etsələr də, sonradan cinayəti etiraf ediblər. Məhkəmə təqsiri boynuna aldıqdan sonra iş üzrə faktlarla tanış olub, prokuror müvafiq cəza istəyib. Vəkil məhkəmədən mərhəmət istəyib və müdafiə etdiyi şəxslərin səhvlərini anlayıb peşman olduqlarını bildirib. Hakim qətiyyətli idi və adamlar qətlə görə ölüm cəzasına məhkum edilib.

"Təqsirləndirilən şəxslər ağır cinayət törədiblər və heç bir mərhəmətə layiq deyillər. Onlar yeddi yaşlı uşağı qəsdən və qəddarlıqla qətlə yetiriblər. Onu və ailəsini parlaq gələcəkdən məhrum etdilər", - hakim bildirib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Ayin üçün uşağı öldürən keşiş ölüm cəzasına məhkum edildi


RƏYLƏR