Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2022 11:10
Helikopterlə dağlara uçan və bir gün boyunca əlaqə saxlamağın mümkün olmadığı rusiyalı müğənni Olqa Buzovanın harada olduğu müəyyən edilib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, ifaçı hazırda hotellərin birində dincəlir. Bildirilib ki, dağlıq ərazilərdə rabitə problemi yaranıb. Buzovanı istirahət yerinə çatdıran helikopter isə bazaya qayıdıb.
Qeyd edək ki, ifaçı sonuncu dəfə avqustun 11-də sözügedən hava nəqliyyatı ilə fotosunu paylaşaraq "dağlara, indiyə qədər heç bir insanın getmədiyi səfərə çıxacağam" sözlərini yazmışdı. Buzovanın PR meneceri Anton Boqoslavski isə uçuşdan sonra onun yoxa çıxdığını açıqlamışdı.