Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın oyununa bilet satışında problem - Sayt çökdü

“Qarabağ”ın oyununa bilet satışında problem -  Sayt çökdü

Tarix: 14 Avqust 2022 13:16

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ"- "Viktoriya" matçına bilet almaq istəyən azarkeşlər problemlə üzləşiblər.

Milli.Az xəbər verir ki, buna səbəb biletin satışını təşkil edən "İticket" saytının çökməsi olub.

Belə ki, sayta daxil olan azarkeşlər bilet əldə edə bilmirlər. Bununla bağlı sosial şəbəkələrdə kütləvi statuslar paylaşılır.

Xatırladaq ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Milli.Az


Etiketlər:  Qarabağın oyununa bilet satışında problem Sayt çökdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ