Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aviaşouda faciə: təyyarə yerə çırpıldı, pilot həlak oldu

Aviaşouda faciə: təyyarə yerə çırpıldı, pilot həlak oldu

Tarix: 14 Avqust 2022 19:38

Böyük Britaniya istehsalı, II Dünya Müharibəsi dövrünə aid tək mühərrikli qırıcı "Hawker Hurricane Mk. IV" təyyarə Çexiyanın qərbindəki Çeb şəhərində aviaşouda nümayiş uçuşu zamanı qəzaya uğrayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, pilot aldığı xəsarətlərdən dünyasını dəyişib, daha bir nəfər xəsarət alıb.

Tarixi qırıcı nümayiş uçuşu zamanı hündürlüyünü itirib və aviaşounun keçirildiyi sahənin yaxınlığında yerləşən kotteclərdən birinə çırpılıb. Digər təfərrüatlar barədə məlumat verilmir.

Milli.Az


Etiketlər:  Aviaşouda faciə təyyarə yerə çırpıldı pilot həlak oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ