Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2022 15:24
Saxalində əvvəllər məhkum olunmuş yerli sakin qonşusunun mənzilində yüksək səsli musiqiyə görə onu öldürüb.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məlumat yayıb.
Hadisə bazar günü, avqustun 14-də Uqleqorsk şəhərində baş verib. İlkin məlumata görə, şübhəli şəxs evdə olub, qonşunun mənzilindən gələn yüksək səsli musiqi onu əsəbiləşdirib. Kişi onun yanına gedib və məsələni "həll etməyə" başlayıb. Münaqişə küçədə davam edib, şübhəli şəxs bıçaq çıxararaq qonşusunu vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb.
Şübhəli şəxs həbs edilib, barəsində cinayət işi açılıb. Həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edilməsi üçün sənədlər məhkəməyə təqdim edilib.
İrfan Vəliyev