Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ana qeysəriyyə əməliyyatından sonra ölüb

Azərbaycanda ana qeysəriyyə əməliyyatından sonra ölüb

Tarix: 16 Avqust 2022 08:38

Lənkəran Regional Perinatal Mərkəzində ana doğuş zamanı ölüb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Astara rayon Rüdəkənar kənd sakini 1996-cı il təvəllüdlü Elmirə Əhədli 3-cü uşağı dünyaya gətirmək üçün regional mərkəzə aparılıb.

Xəstə müayinə olunduqdan sonra, 3-cü qeysəriyyə əməliyyatına aparılıb.

Əməliyyatdan sonra ana və körpənin vəziyyətləri normal olub.

Təqribən bir saatdan sonra hər ikisinin vəziyyəti pisləşib.

Həkimlər körpənin həyatını xilas etsələr də ana xəstəxanada vəfat edib.

Yeni doğulan körpənin vəziyyəti hazırda ağır qiymətləndirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aprılır.


Etiketlər:  Azərbaycanda qeysəriyyə əməliyyatından sonra ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ