Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2022 20:20
Azərbaycanın sonuncu cüdoçusu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medal görüşünə çıxıb.
100 kq-dan yuxarı çəkidə yarışan İmran Yusifov 3-cü yer uğrunda qarşılaşmada seneqallı Mbaye Ndiaye ilə görüşüb.
Rəqibinə qızıl xal bölümündə uduzan Yusifov 5-ci olub.
Bununla da Azərbaycan cüdoçuları İslamiadada fərdi mübarizəni 5 medalla başa vurub. Balabəy Ağayev (60 kq) qızıl, Nəriman Mirzəyev (73 kq) və Könül Əliyeva (48 kq) gümüş, Telman Vəliyev (73 kq) isə bürünc medala sahib çıxıb.
Sabah isə komanda yarışları olacaq.