Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün saat 12:00-də...

Bu gün saat 12:00-də...

Tarix: 17 Avqust 2022 08:04

Bu gün saat 12:00-də ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start veriləcək.

Milli.Az xəbər verir ki, namizədlər https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiqlənməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Elektron sistem üzrə qeydiyyat 30 avqust saat 23:59-da yekunlaşacaq.

Qeyd edək ki, qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Milli.Az


Etiketlər:  Bu gün saat 1200


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ