Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dana əti bahalaşdı - Ətraflı VİDEOda

Dana əti bahalaşdı - Ətraflı VİDEOda

Tarix: 17 Avqust 2022 16:46

Son bir neçə gündür dana ətinin qiyməti bahalaşıb. İndi hər bir kiloqram dana ətinin qiymətində 1 manat, 1.50 qəpik artım var. Belə ki, paytaxtda qəssablar sümüklü hər 1 kiloqram dana ətini 11 manat 50 qəpiyə, 12 manata verirlər.  

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, artım son 1 həftədir baş verib. 

Həmçinin sümüksüz dana ətinin qiyməti də bahalaşıb. Qiymətlər indi 15 manat olub. Bəs bahalaşmanın səbəbi nədir? 

Satıcılar bildiriblər ki, danalar rayonlarda bahalaşdığı üçün ətin də qiyməti artıb. Əgər qıtlıq davam edərsə, qiymətlər daha da arta bilər.

Milli.Az


Etiketlər:  Dana əti bahalaşdı Ətraflı VİDEOda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ