Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FED uçot dərəcəsini artırmaqda davam edəcək

FED uçot dərəcəsini artırmaqda davam edəcək

Tarix: 18 Avqust 2022 08:04

ABŞ-ın Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) hakimiyyət orqanları ölkədə inflyasiyanın əhəmiyyətli dərəcədə azalmasını qeydə alana qədər uçot dərəcəsini artırmağa davam etmək niyyətindədir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə FED-in açıq bazar üzrə rəhbər komitəsinin iyulun 26-27-də keçirilən iclası ilə bağlı açıqlanan məlumatda yer alıb.

"İnflyasiya komitənin hədəfindən xeyli yüksək olaraq qaldığı üçün (2% - Red), iclas iştirakçıları belə qənaətə gəliblər ki, faiz dərəcəsini artırmaqda davam etmək lazımdır"

Sentyabrın 20-21-də keçiriləcək növbəti iclasda uçot dərəcəsinin hansı səviyyəyə qaldırılacağı sənəddə deyilmir. Analitiklər uçot dərəcəsinin 0,5 faiz artacağını gözləyirlər.

FED rəhbərliyi bildirib ki, hazırda uçot dərəcəsi "neytral səviyyədə"dir ki, bu da ölkədə iqtisadi fəallığı məhdudlaşdırmır. Protokollarda vurğulanır ki, maliyyə tənzimləyicisi öz hərəkətlərinin inflyasiyaya təsirini müəyyən edərsə, uçot dərəcəsinin daim artırılmasını dayandırmağa hazırdır.

"İclas iştirakçıları təklif etdilər ki, pul siyasəti daha da sərtləşdikcə, məcmu siyasətə düzəlişlərin iqtisadi aktivliyə və inflyasiyaya təsirini qiymətləndirərkən müəyyən məqamlarda faiz artımının sürətini azaltmaq məqsədəuyğun ola bilər".

Bundan əvvəl ABŞ Əmək Nazirliyi ölkədə istehlak qiymətlərinin iyul ayında illik ifadədə 8,5% artdığını bildirmişdi. FED inflyasiya ilə mübarizə məqsədilə iyul ayında ardıcıl ikinci dəfə uçot dərəcəsini artırdı.

Milli.Az


Etiketlər:  FED uçot dərəcəsini artırmaqda davam edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ