Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2022 08:50
"Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə (Plzen, Çexiya) Bakıda keçirdikləri ilk matçdan (0:0) sonra jurnalistlərə açıqlama verib.
Fransalı yarımmüdafiəçi deyib:
"Çox yaxşı komandaya qarşı çıxış etdik. Çətin oyun oldu. Fiziki cəhətdən çətin və güclü qarşılaşma idi. Öz oyunumuzu göstərməyə çalışdıq. Amma bu, o qədər də asan deyildi. Səfərdə daha yaxşı nəticə əldə edəcəyimizə inanıram. Səfərə böyük həvəslə yollanacağıq. Orada əlimizdən gələnin ən yaxşısını edərək qalib gəlməyə çalışacağıq. Baş məşqçimiz Qurban Qurbanov bizə 2016-cı ildəki oyunu göstərməyib. Pley-offdayıqsa, deməli, qrup mərhələsində çıxış etməyə layiqik. Rəqib də pley-offdadırsa, deməli, güclüdür. Biz də əlimizdən gələni edəcəyik ki, səfərdə qalib gələk və Çempionlar Liqasının qrupuna düşək".
Qeyd edək ki, bu komandalar arasında avqustun 23-ü Çexiyada keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.