Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəif qan dövranı olanlar nə etməlidir?

Zəif qan dövranı olanlar nə etməlidir?

Tarix: 18 Avqust 2022 21:36

Zəif qan dövranı ürək çatışmazlığının yaranmasına yol açan səbəblərdəndir. Səhhətinizdəki ciddi problemləri aradan qaldırmaq və ürək fəaliyyətini qaydaya salmaq üçün mütləq qan dövranımızın yaxşı olmasına fikir verməliyik.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

Uzman həkim qan dövranının yaxşı olması üçün nə etməli olduğumuzu bildirib:

- Aktiv olmaq lazımdır. Hər gün yarım saat yerimək və 15 dəqiqə qaçmaq, tənbəllik etməyib pilləkənlərdən istifadə etmək də buna daxildir;

- Siqaretə, artıq çəkiyə və stressə yox demək;

- Hərəkətsiz və oksigensiz qalmamaq;

- Sağlam qidalanmaq və yanlış olan yemək vərdişini dəyişmək.

Onun sözlərinə görə, qapalı məkanlar, daimi oturaqlı iş, yəni oksigen çatışmazlığı qan dövranının zəifləməsinə gətirib çıxarır.

"Rasionunuzda bütün taxıllar, vital yağ turşuları-somon, sardina, avokado, zeytun yağı, qoz, balqabaq toxumu, çiyələk və sitrus meyvələri, pomidor, qara kələm, brokoli, ispanaq, yumurta, adaçayı kimi qidalar yer alsın", - deyə Cabir Gülmalıyev əlavə edib.


Etiketlər:  Zəif dövranı olanlar etməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ