Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səyyah 11 gün yeməksiz qalıb, 162 kilometr yol qət edib

Səyyah 11 gün yeməksiz qalıb, 162 kilometr yol qət edib

Tarix: 19 Avqust 2022 19:30

46 yaşlı fransız səyyah Muammer Yılmaz 11 gün yeməksiz sağ qalıb.

Sonxeber.net Daily Sabah-a istinadən bildirir ki, bu müddət ərzində o, Blan dağında 162 kilometrlik marşrutu qət edib.

Kişi bel çantası olmadan gəzintiyə çıxıb. Cibində su şüşəsi, yağış paltarı və kiçik yataq çantası gəzdirib. Bundan başqa, onun yalnız xüsusi sandalları və paltarları var idi. O, bilərəkdən özü ilə yemək götürməyib və yolda dağ bulaqlarının suyunu içib.

"Bu inanılmaz mənzərələri gəzmək, bulaqlardan su içmək və təmiz dağ havası ilə nəfəs almaq çox gözəl idi", - səyahətçi deyib.

Kişi başqalarına oxşar təcrübələr etməyi tövsiyə etmədiyini vurğulayıb. Onun sözlərinə görə, səyahət zamanı enerjisi çatışmayıb və çətin ki, belində çox kiloqramlıq bel çantası ilə bütün marşrutu başa vura bilərdi.

"Mən başa düşürəm ki, niyə məndən əvvəl heç kim belə bir şey sınamayıb. Ac qalmaq çox çətin idi", - deyə Yılmaz etiraf edib. Eyni zamanda o insanları gündə ən azı yarım saat gəzməyə çağırıb.

Səyahət zamanı onu rejissor və dostu Milan Bielmann müşayiət edib. Kişilər səyahətləri haqqında sənədli film hazırlayırlar.

İrfan Vəliyev


Etiketlər:  Səyyah gün yeməksiz qalıb kilometr qət edib


RƏYLƏR