Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2022 08:34
BMT-nin Baş katibi Antonio Quterreş Moldovaya planlaşdırılmayan səfər edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Baş katibin Moldova prezidenti Maya Sandu ilə görüşü planlaşdırılır.
Qeyd edək ki, Ukraynanın Lvov şəhərindəki görüşdən sonra Quterreş Odessa limanına baş çəkib. Moldova prezidenti ilə görüşdən sonra isə o, İstanbula yola düşəcək.