Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubada yanğın 500 hektar meşə sahəsinə ziyan vurub

Qubada yanğın 500 hektar meşə sahəsinə ziyan vurub

Tarix: 20 Avqust 2022 13:34

Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur.

Bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib.

O qeyd edib ki, Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə sahəsinə keçib.

"Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib".

Milli.Az


Etiketlər:  Qubada yanğın 500 hektar meşə sahəsinə ziyan vurub


RƏYLƏR