Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2022 21:36
Ermənistanın Azərbaycanla sərhəd rayonlarının sakinlərindən kütləvi şəkildə silahlar alınır.
Sonxeber.net konkret.az-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb. Laçın şəhərinin və Qərbi Zəngəzurun sərhədyanı yaşayış məntəqələrində Zabux və Sus kəndlərinin köçürülməsi başa çatmazdan əvvəl yerli hakimiyyət orqanları kütləvi şəkildə ermənilərdən silah-sursatı götürməyə başlayıb.
Məlumata görə, rəsmi versiyaya görə silahlar arsenallara ötürülür. Lakin yerli sakinlər hesab edirlər ki, bununla da hakimiyyət yaşayış məntəqələrinin Azərbaycanın nəzarətinə keçməsindən sonra mümkün müqaviməti və təxribatları minimuma endirmək istəyir.
Zəngəzurun Aravus icmasının keçmiş administrasiya rəhbəri Arqam Ovsepyan da silahının ondan alındığını təsdiqləyib. Bu məlumatı Zəngəzurun digər icmalarının nümayəndələri də təsdiqləyiblər.