Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2022 16:08
Gələn həftə Ukrayna üçün çox vacib olacaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.
"Dövlətimiz üçün, bizim üçün çox vacib olan yeni həftəyə fəal şəkildə hazırlaşırıq. Qarşıda bizi Ukraynanın Müstəqillik Günü gözləyir. Bu il həqiqətən xüsusidir. Bu il işğalın müvəqqəti olduğu və Ukraynanın geri qayıtdığı tam hiss edilə bilər.
Hər zaman dürüst şəkildə söyləyirik ki, Ukraynanın qələbəsi üçün mübarizə aparmalıyıq, hələ çox iş görməliyik və təəssüf ki, ağrıya da dözməliyik. Ukraynalılar özləri, ölkələri və qəhrəmanları ilə fəxr edə bilərlər. Gəlin, birlikdə olaq və bir-birimizə kömək edək. Gəlin, yox edilənləri geri qaytaraq, bütün xalqımız üçün mübarizə aparaq. Gəlin, bu gün Ukraynanı təmsil edənləri alqışlayaq. Özümüzə və Ukraynaya inanın", - Zelenski bildirib.