Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Axtarışda olan Afət Fərmanqızı Azərbaycana qayıdır - FOTO

Axtarışda olan Afət Fərmanqızı Azərbaycana qayıdır - FOTO

Tarix: 23 Avqust 2022 00:00

Müğənni Afət Fərmanqızı növbəti dəfə sosial şəbəkədə müzakirələrə səbəb olacaq paylaşım edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, Azərbaycana gələcəyi barədə məlumat yayıb.

Müğənni paylaşımın üzərinə "gəlirəm Azərbaycana 2-3 günlük. Məni axtaranlar gəlsin aeroporta", - qeydini yazıb.

Hətta izləyicilərdən bəziləri "Bəs deyirdilər səni Azərbaycandan sürgün ediblər..." kimi şərhlər yazıb.

Xatırladaq ki, Xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan Afət Fərmanqızının barəsində xüsusi ittiham qaydasında şikayət ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Afət Fərmanqızı məhkəmələrə dəfələrlə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Qeyd edək ki, xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.

Milli.Az


Etiketlər:  Axtarışda olan Afət Fərmanqızı Azərbaycana qayıdır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ