Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmizdirmə zamanı maye qəbulu. Nəyi və nə qədər içmək olar?

Əmizdirmə zamanı maye qəbulu. Nəyi və nə qədər içmək olar?

Tarix: 23 Avqust 2022 19:18

Ana südünün təxminən 88%-ni su təşkil edir. Bu səbəbdən əmizdirən ana kifayət qədər maye qəbul etməlidir.

Əks halda anada müxtəlif pozulmalara yol açan susuzlaşma inkişaf edəcək, digər tərəfdən südün hasilatı da azalacaq. Yay aylarında bu mövzü xüsusilə aktualdır.

Orqanizmin normal fəaliyyəti üçün ona gün ərzində təxminən 1-2 l maye lazımdır (bu mövsümdən, orqanizmin xüsusiyyətlərindən və s.-dən asılıdır). Əmizdirmə zamanı ananın orqanizmində uşağın yaşından asılı olaraq 0,5-1,5 l süd istehsal olunur. Bu həcmi istehsal etmək üçün orqanizm mayeni haradansa almalıdır. Bu səbəbdən öz ehtiyaclarından əlavə qadın təxminən 1 l əlavə maye qəbul etməlidir. Beləliklə, əmizdirən ana gün ərzində 2-2,5 l maye qəbul etməlidir.

Əmizdirmənin ilk həftələrində qadın əmizdirmə zamanı və əmizdirmədən dərhal sonra güclü susuzluq hiss edir. Bu oksitosin hormonunun təsiridir - oksitosinin təsirindən ananın süd vəzisindən süd ifraz olunur və eyni zamanda susuzluq mexanizmi işə salınır. Bu səbəbdən əmizdimə məsləhətçiləri analara əmizdirmə zamanı yanında 1 fincan su saxlamağı tövsiyə edir ki, ana su istəyəndə içə bilsin.

Laktasiyanın (süd vəzilərində südün istehsalı) əvvəlində kifayət qədər maye içmək xüsusilə vacibdir. Əmizdirən ana susuzluğa dözməmlədir, su istəyəndə dərhal içməlidir.  Lakin həddən artıq miqdarda maye qəbul etmək lazım deyil. Bu hətta südün azalmasına səbəb olacaq. Digər tərəfdən bu ananın böyrəklərinin və ürək-damar sisteminin həddən artıq yüklənməsinə səbəb olacaq.

Südverən ana qazlı suları, spirtli içkiləri (hətta kiçik miqdarlarda) qəbul etməməlidir.

Əvvəllər südverən anaya qatılaşdırılmış südlə çay içməyi tövsiyə edirdilər. Belə hesab olunurdu ki, bu ana südünün keyfiyyətini, yağlılığını artırır. Lakin bu belə deyil. Ana südü qanın plazmasından əmələ gəlir. Bu səbəbdən istənilən maye südün nə keyfiyyətinə, nə də tərkibinə heç bir təsir etmir.

Bundan əlavə süd (hətta qatılaşdırılmış süd) potensial allergendir. Bu səbəbdən həkimlər və əmizdirmə məsləhətçiləri südverən analara süd içmək məsləhət görmürlər. Süd məhsulları (kefir, qatıq, yoqurt və s.) isə əksinə əmizdirən ana üçün çox xeyirlidir.

Müşahidələrə görə, ilıq mayelərin qəbulu südün ifrazını artırır. Bu su, çay, kompot, ot dəmləmələri ola bilər.

Əmizdirən ana nəzərə almalıdır ki, tərkibində kofein olan içkilərı (çay, qıhvə) həddən artıq miqdarlarda və xüsusilə axşam saatlarında qəbul etmək olmaz. Bu körpənin sinir sisteminə qıcıqlandırıcı təsir edə bilər ki, körpə gec yuxuya gedəcək, onu sakitləşdirmək çətin olacaq.

Təbii şirələrlə də ehtiyatlı olmaq lazımdır. Onlar həm ana, həm də körpədə köpə səbəb ola bilər və həmçinin qırmızı rəngdə olan meyvə və giləmeyvələrin şirələri allergik reaksiyalara səbəb ola bilər.


Etiketlər:  Əmizdirmə zamanı maye qəbulu Nəyi qədər içmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ