Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

16 yaşında ''Liverpul''un tarixinə düşdü

16 yaşında ''Liverpul''un tarixinə düşdü

Tarix: 26 Sentyabr 2019 20:12

İngiltərə Liqa Kubokunun 1/16 finalında "Milton-Kins Dons"la keçirilən oyun "Liverpul"un yarımmüdafiəçisi Harvi Elliot üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, o, yeni rekorda imza atıb. Gənc futbolçu 16 yaş 174 günlüyündə meydana çıxıb.
 
Bununla da Elliot start heyətində yer alan ən gənc "Liverpul"lu kimi tarixə düşüb. İngiltərəli futbolçu həm də "qırmızılar"ın ən gənc ikinci oyunçusu olub. Bu rekord isə 2012-ci ildə 16 yaş 6 günlüyündə "Vest Bromviç"lə qarşılaşmada iştirak edən Jerom Sinkleyrə məxsusdur.

Qeyd edək ki, Elliot "Liverpul"a bu yay "Fulhem"dən keçib.

 


Etiketlər:  yaşında Liverpulun tarixinə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ