Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2022 07:42
"Yaxşı oyun göstərmək istəyirik. Konfrans Liqasında olduğu kimi, burada da pley-offa vəsiqə qazanmaq niyyətindəyik".
"Pley-offa kimi gəlib çatsaq da, qrup mərhələsinə vəsiqə qazana bilmədik. Amma bu, futboldur, irəliyə baxmaq lazımdır".
Sonxeber.net matc.az-a istinadən bildirir ki, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, çıxış edəcəkləri Avropa Liqasının qrup mərhələsində də güclü rəqiblər var: "Yaxşı oyun göstərmək istəyirik. Konfrans Liqasında olduğu kimi, burada da pley-offa vəsiqə qazanmaq niyyətindəyik".
Qeyd edək ki, "Qarabağ" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.