Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Rusiyanın vədlərinə etibar etmək olmaz” - Zelenski

“Rusiyanın vədlərinə etibar etmək olmaz” - Zelenski

Tarix: 24 Avqust 2022 08:22

"Mən prezident olduğum müddətdə Minsk razılaşmalarının təkrarlanmasına imkan verməyəcəyəm".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın "L'Express" jurnalına müsahibəsində bildirib.

"Rusiyanın vədlərinə etibar etmək olmaz. Heç kim vəziyyəti donduracaq və Minsk razılaşmalarının müşayiətilə Şərqdə baş verənləri xatırladacaq atəşkəsə inanmır", - deyə Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, bu razılaşmalar münaqişəni qısa müddətliyinə dayandırıb, lakin "sonra Rusiya genişmiqyaslı hücuma başlayacaq".

Qeyd edək ki, bu gün Ukraynanın müstəqilliyinin 31-ci ildönümüdür. Fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Milli.Az


Etiketlər:  Rusiyanın vədlərinə etibar etmək olmaz Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ