Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PRoMete faciədə ayağı kəsilən anasından yazdı - FOTO

PRoMete faciədə ayağı kəsilən anasından yazdı - FOTO

Tarix: 25 Avqust 2022 10:55

Repçi PRoMete (Pərviz İsaqov) ötən il ayağını itirən anası ilə bağlı paylaşım edib. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi valideyni ilə fotolarını sosial şəbəkədə bölüşərək onun artıq ayaqüstə durduğunu bildirib:

"Anam 9 aydan sonra ayaqüstədir, özü gəzir".

Qeyd edək ki, repçinin anasının başına bu hadisə ötən ilin noyabrında gəlib. Güclü külək nəticəsində binanın həyətindəki ağac sənətçinin anasının üzərinə aşıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Onun ayağı topuqdan aşağı kəsilib. PRoMetenin sözlərinə görə, hadisə ilə bağlı Yasamal rayon prokurorluğu məsələni həll etməyib və rədd cavabı verib. Buna baxmayaraq qarşı tərəf  işin yenidən məhkəməyə çıxarılmağına hazırlıq görür.


Etiketlər:  PRoMete faciədə ayağı kəsilən anasından yazdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ