Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukraynalılar il sonunadək xoş xəbərlər eşidəcəklər''

''Ukraynalılar il sonunadək xoş xəbərlər eşidəcəklər''

Tarix: 25 Avqust 2022 14:26

"Ukraynalılar ilin sonuna kimi cəbhədəki durumla bağlı yaxşı xəbərlər alacaqlar".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

"Əlbəttə, bəzi məqamlar var. Lakin mən nikbinəm. Bu il bütün ukraynalıların xoş xəbərlər eşidəcəyinə dair ümidlərim var", - o söyləyib.

Nazir bildirib ki, qələbə üçün digər ölkələrin də dəstəyi lazımdır: "Bizim özümüzü müdafiə etmək üçün iradəmiz, istəyimiz, hazırlığımız və qabiliyyətimiz var. Bizə başqa növ resurslar - silah, döyüş sursatı, pul lazımdır. Tərəfdaşlarımız bizimlə uzunmüddətli perspektivdə də işləməyə hazırdırlar".


Etiketlər:  Ukraynalılar sonunadək xoş xəbərlər eşidəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ