Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2022 16:55
"Bizim sənətdə də savadsız insanların sayı həddən artıq çoxdur. Normal cümlə qurub danışa biləcək müğənni azdır. O müğənnilərin səsi yoxdur? Xeyr var. Elə gözəl səslər var ki, sadəcə Allah həmin müğənniyə gözəl səs verib, amma intellekti yoxdur".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Maqazin Plyus" verilişində deyib. Sənətçi özünə qadağalar qoyduğunu bildirib:
"Səviyyəmdə olan insan söz desə, qəbul edərəm. Tənqidləri qəbul edən insanam. Sevirəm tənqidi. Hətta özümə də tənqidlə yanaşan ilklərdənəm. Amma təhqirə heç kim dözməz. Sadəcə baxır kim sənə söz atır? Elə insan sənə söz ata bilər ki, ötüb keçərsən. Bilərsən ki, özünü səninlə reklam etmək istəyir. Amma sənin səviyyəndə olan insan sənə söz atar və ya söz deyər, o zaman Vasif olaraq onun cavabını verməyə qadirəm. Artıq özümə söz vermişəm ki, səviyyəmdə olmayan insanlara cavab verməyəcəm".
Əməkdar artist illərlə ona qazılan quyulardan da danışıb:
"Ünvanıma olmazın şərlər, böhtanlar, yalanlar, iftiralar atdılar. Amma bunların hamısının altından bir güclü insan kimi alnım açıq, üzüm ağ çıxdım. Amma kişiliyimə, bir də sənətimə dəyə bilmədilər və bacarmayacaqlar. Bu da mənim üçün ən önəmlidir. Bu həyatda kişinin kişi olmağı hər şeydən önəmlidir. Şərtlər nə olursa olsun, bu həyata kişi kimi gəlmişəm, kişi kimi də gedəcəm".