Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TikTok-a görə Xalq artistini teatrdan çıxarıblar?

TikTok-a görə Xalq artistini teatrdan çıxarıblar?

Tarix: 26 Avqust 2022 10:20

Xalq artisti Bilal Əliyevin TikTok-dakı fəaliyyətinə görə solisti olduğu Rəşid Behbudov adına Dövlət Mahnı teatrından çıxarıldığı iddia olunub. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bildirilib ki, məşhur müğənninin sözügedın platformada izləyicilərini təhqir etməsi, tez-tez canlı yayım açması onun işdən uzaqlaşdırılması ilə nəticələnib.

OLAY həmin ittihamlarla bağlı teatrın direktoru Kazım Qasımlı ilə əlaqə saxlayıb. O deyib ki, müğənni ilə əməkdaşlıqları illər əvvəl bitib:

"6-7 il bundan əvvəl teatrın solisti olub. İndi isə bizimlə çalışmır".

B. Əliyev də yayılan iddialara münasibət bildirib. O, olay-a açıqlamasında təqaüdə çıxdığı üçün işdən ayrıldığını deyib:

"İslahatlar aparıldı. Ondan sonra bizim yollarımız ayrıldı. Mənim də təqaüd yaşım idi. Vokalistlər də bilirsiniz ki, 57 yaşından sonra təqaüdə çıxırlar. Ona görə ayrıldım".

Milli.Az


Etiketlər:  TikTok a görə Xalq artistini teatrdan çıxarıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ