Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2022 17:18
Rusiyada Ulan-Udedə Smolin küçəsindəki yaşayış binasında bir sutkalıq qapalı qalan üç yaşlı uşaq xilasedicilərin diqqətini cəlb etməyin yolunu tapıb - azyaşlı eyvandan əşyalar atmağa başlayıb.
Sonxeber.net bildirir ki, bu barədə "Babr Mash" Telegram kanalında məlumat verilib.
Nəşrin məlumatına görə, hadisə şahidləri uşağın qeyri-adi davranışı barədə məlumat veriblər. Hadisə yerinə gələn təcili xidmət əməkdaşları mənzilin qapısından içəri keçə bilməyiblər. Uşağa kömək etmək üçün onlar səyyar nərdivandan istifadə etməli olublar.
Xilasedicilər içəri girəndə mənzilin bərbad vəziyyətdə olduğunu görüblər. Bundan əlavə, uşaq çox ac olduğundan xilasedicilərə şikayət edib.
Bir müddət sonra uşağın anası qayıdıb. İndi polis onun hərəkətinin səbəblərini araşdırmağa başlayıb.
İrfan Vəliyev