Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın direktoru püşkatmanı dəyərləndirdi: Oyunlar hansı stadionda keçiriləcək?

Tarix: 26 Avqust 2022 18:08

Ağdamın "Qarabağ" futbol klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olub.

Bununla bağlı Qarabağ Futbol klubunun direktoru Əmrah Çəlikəl manset.az-a öz fikirlərini bildirib.

"Hələ təzədir, bir az bundan öncə püşk atılıb. İnşallah, hazırlıqlarımızı görəcəyik və əlimizdən gələnin ən yaxşısını əldə edəcəyik. 
Orada zəif rəqib yoxdur. Bəli, Olimpiakosa qalib gəlmişik, ancaq bir neçə il bundan əvvəl olub. O vaxtdan indiyə kimi Qarabağ da çox dəyişib. Olimpiakosda da müəyyən dəyişikliklər var.

Əlbəttə, biz özümüzü ən yaxşısına hazırlamalıyıq. Hər şey ən yuxarı səviyyədə olmalıdır və bunun üçün də çalışacağıq.

Yeni transfer gözlənilirmi?

-  Futbolçularla danışıqlarımız həmişə olub. Bu məsələ bir az çətindir. Həm futbolçuların Azərbaycana gəlmək istəməməyi, həm futbolçu qıtlığı bir az çətinlik yaradır. Ancaq çalışmalarımız davam edir. İndidən olmayacaq və ya mütləq olacaq deyə bilmirəm. 

Tofiq Bəhramov adına respublika stadionunun direktoru belə bir açıqlama vermişdi ki, Qarabağın növbəti qrup oyunları Bakı Olimpiya Stadionunda keçirilə bilər. Bununla bağlı nə deyə bilərsiniz?

-İnşallah, oyunlarımızı Tofiq Bəhramov adına respublika stadionunda keçirəcəyik. Orada qərarları biz veririk. Stadion direktoru oranın inzibati işləri ilə məşğuldur.

Milli.Az


Etiketlər:  Qarabağın direktoru püşkatmanı dəyərləndirdi Oyunlar hansı stadionda keçiriləcək


RƏYLƏR